Terror təşkilatları NATO ölkələrinin əhalisini təhdid edir. Alyans terrorun bütün təzahürləri ilə mübarizə aparmağı öhdəsinə götürür.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitinin birinci günündən sonra dərc olunmuş bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, terror təşkilatları məqsədlərinə çatmaq qabiliyyətini və [hücumlarının] ölümcüllüyünü artırmaq üçün şəbəkələrini genişləndirib, imkanlarını gücləndirib və yeni texnologiyalara investisiya qoyublar. NATO ölkələri onların qarşısını almağa davam edəcək.

NATO ölkələri “bütün forma və təzahürlərində terrorizmlə mübarizənin kollektiv müdafiə üçün çox vacib olduğunu” vurğulayıblar.