Rusiya Silahlı Qüvvələri bu gecə “Şahed” kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçiriblər.

"Unikal" xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv edib.

“İlkin məlumata görə, Rusiya bu dəfə, yenidən “Şahed” tipli kamikadze dronlarından istifadə edib. Bir həftədən çox fasilədən sonra düşmən ikinci gündür ki, Kiyevdə İranın PUA-larını havaya qaldırıb. Hava hücumu 2 saatdan çox davam edib”, - deyə məlumatda bildirilib.