Ankara öz növbəsində təyyarələrdən NATO müttəfiqlərinə qarşı istifadə etməməyə razılaşarsa, ABŞ Türkiyəyə F-16 qırıcıları satmağa razılaşa bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. 

Məlumata görə, ABŞ prezidenti Co Bayden administrasiyasının əməkdaşları F-16 qırıcılarının bir partiyasının satışının tərəfdarı olublar. Bununla belə, Bayden ABŞ Senatının və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrində əsas Respublikaçılar və Demokratların dəstəyi olmadan təyyarənin satışını təsdiq edə bilməz.

Senatorlar əvvəllər Türkiyəyə qırıcı təyyarələrin göndərilməsinə qarşı çıxırdılar. 

Senator Bob Menendezin sözlərinə görə, hazırda Bayden administrasiyası ilə Nümayəndələr Palatası arasında ABŞ-nin Türkiyəyə qırıcı təyyarələri satmağa razılaşacağı şərtlər və öhdəliklərlə bağlı danışıqlar gedir və çox güman ki, ortaq məxrəc tezliklə tapılacaq.

Ağarza Elçinoğlu