Serbiya parlamentinin deputatları səs çoxluğu ilə hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağıran iqtisadiyyat naziri Rade Baştanı istefaya göndəriblər.

"Unikal" xəbər verir ki, bu barədə "Radio Svoboda" məlumat yayıb.

149 deputat nazirin istefasının lehinə səs verib, 45 seçilmiş nümayəndə bitərəf qalıb.

Basta Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarıdır. O, hesab edir ki, Serbiya Moskvaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etdiyinə görə “yüksək bədəl” ödəyir.

 Gülayə Mecid