Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında məlumat verib. 

"Kanada ilə görüş başlayıb. Castin Trüdo , Ukraynaya daimi dəstəyinizə görə təşəkkür edirəm! Bu gün ilk məsələ əsgərlərimiz üçün silahdır", - Zelenski bildirib.