İyulun 11-də Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya Vilnüsdə şam yeməyinə qatılıblar.

“Unikal” Ukrayna mediasına istinadən xəbər verir ki, şam yeməyi Litva prezidenti Gitanas Nauseda və həyat yoldaşı Diana tərəfindən verilib. Ukraynanın birinci xanımı gecəyə göy rəngli paltar geyinib.

Zelenskayanın libası Ukraynanın “Litkovska” brendindən, sırğaları isə “Poche Jewelry” brendindən olub. Zelenskayanın ümumi görünüşü üçün 10 min qrivna (təxminən 463 manat) xərclənib. 

Nuranə Abbasova