Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilir ki, Rusiya və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında İranın üç adası - Əbumusa, Böyük və Kiçik Tunbla bağlı strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmundan sonra Rusiya səfiri XİN-ə çağırılıb.