Kanada Ukraynaya yeni hərbi yardım paketi açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo məlumat yayıb.

O bildirib ki, yardımın məbləği 411 milyon dollardan çoxdur.

Trüdo bəyan edib ki, Kanada Ukraynanı özünümüdafiə üçün lazım olan hərbi texnika və təlimlərlə təmin etməyə davam edəcək.

"Kanada pilotsuz kameralar təqdim etməklə Ukraynanın birbaşa müraciətinə cavab vermək niyyətindədir ", - hökumət başçısı bildirib.