Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak ediblər. 

“Unikal” xarici mediaya istinadla xəbər verir ki, Zelenskinin Litvanın birinci xanımı - Diana Nepayte-Nausedene ilə görüşü xanımı tərəfindən qısqanclıqla qarşılanıb. 

Belə ki, Ukrayna prezidenti Diananı qucaqlayaraq üç dəfə öpüb və bu zaman Zelenskaya onlara təəccüblə baxıb. 

Daha sonra Zelenski şəkil çəkdirərkən xanımının əlindən tutmaq istəyib. Bu zaman isə Zelenskaya israrla Ukrayna liderinin əlindən tutmaq istəməyib. 

Bu görüntülər sosial şəbəkə izləyiciləri tərəfindən zarafatla qarşılanıb. Onlar “152 milyon bu kişidən qorxur, o isə öz xanımından”, “Zelenski, səhər yeməyi olmayacaq”, “Bir öpüşün tarixçəsi” kimi şərhlər yazıblar. 

Nuranə Abbasova