Türkiyədə  serbiyalı "qanuni oğru" Juvan Vukotiçi öldürən şəxs saxlanılıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "qanuni oğru"nu  silahla öldürən Yakup Doğan Gürcüstanda tutularaq Türkiyəyə gətirilib.

Qeyd edək ki, Serb cinayət təşkilatının lideri Yovan Vukotiç sentyabrın 9-da Şişlidə nəqliyyatda hərəkətdə olarkən iki motosikletçinin hücumuna məruz qalıb. Hücum zamanı Vukotiç həyatını itirərkən, həyat yoldaşı, uşaqları və sürücüsü sağ qalıb.

Gülayə Mecid