Rusiyada "Rostec" şirkəti bütün işçilərinə, o cümlədən dövlət korporasiyasının bir hissəsi olan təşkilatlara "iPhone" və ya hər hansı digər "Apple" istehsalı olan avadanlıqdan istifadə etməyi qadağan edib.

"Unikal" xəbər verir ki,  bu  barədə “RİA Novosti” məlumat yayıb. 

Bildirilir ki, “iPhone”dan istifadəyə qoyulan qadağa “Rostec”in tərkibinə daxil olan və optik-elektron sistemlərin hazırlanması və istehsalına cavabdeh olan “Şvabe” şirkətinin əməkdaşlarına da şamil edilib. Rəsmi versiyaya görə, söhbət "iPhone"un “işgüzar məqsədlər üçün” istifadəsinə qoyulan qadağadan gedir.

"İşdə Amerika istehsalı olan avadanlıqların istifadəsinə tam qadağa tətbiq edilir", - məlumatda qeyd olunub. 

Qadağa FTX-nın “Apple”ın Amerika kəşfiyyatı ilə əməkdaşlığı və virusa yoluxmuş “iPhone” telefonları vasitəsilə rus diplomatlarına casusluq etməsi ilə bağlı yaydığı məlumatla bağlıdır.

Gülayə Mecid