"Zəlzələnin ölkə iqtisadiyyatına vurduğu ümumi zərər 104 milyard dollar olaraq hesablanıb".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlin Zəlzələ Konfransına videomüraciətində deyib. 

"Oktyabr və noyabr aylarından başlayaraq mərhələli şəkildə tamamlanmış evləri təhvil verəcəyik. Ümumilikdə 650 min ev tikməyi hədəfləyirik. Şəhərlərimizi əvvəlkindən daha təhlükəsiz və dayanıqlı etmək əzmindəyik", - deyə Türkiyə lideri açıqlayıb. 

Ağarza Elçinoğlu