ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, 24 saat ərzində Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına necə nail olacağını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, Fox News- a müsahibəsində bildirib .

Tramp deyib ki, onun Ukrayna prezidenti Volodimir Zelenskiyə “bəsdir, sövdələşməyə ehtiyacınız var” deməsi, daha sonra isə Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, “Əgər sövdələşmə etməsəniz, biz bunu edəcəyik” deməsi kifayətdir.  

“Bu sülh sazişi çox tez baş verəcək”, - eks-prezident vurğulayıb.

O, həm Zelenskini, həm də Putini çox yaxşı tanıdığını və onlarla yaxşı münasibətdə olduğunu bildirib və həmçinin əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden dünya liderləri ilə münasibət qurmaqda acizdir.

Tramp dəfələrlə bəyan edib ki, Ukraynada 24 saat ərzində sülhə nail olacaq, eyni zamanda,  Kiyevin ərazi güzəştlərinə getməli olacağını istisna etməyib .