Rusiya ordusu Ukraynanın şərqində yerləşən Xarkov şəhərini atəşə tutub.

"Unikal" xəbər verir ki, zərbələr nəticəsində ölən və yaralılar var.

Xarkov qubernatoru Oleq Sinequbov "Telegram"da 1999-cu il təvəllüdlü bir mülki şəxsin həlak olduğunu bildirib.

Xarkov meri İqor Terexov isə qeyd edib ki, şəhərin cənubundakı Osnovyanski rayonunun atəşə tutulması nəticəsində ümumilikdə 7 nəfər yaralanıb.