Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

O qeyd edib ki, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək.

Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək.