Türkiyənin İzmir bölgəsinin Torbalı rayonunda şadlıq sarayının divarı uçub.

"Unikal" xəbər verir ki, təbii fəlakətdə 1 uşaq ölüb, 1 uşaq yaralanıb.

Alınan məlumata görə, Fevzi Paşa küçəsindəki kənd şadlıq sarayında bəzək məqsədi ilə tikilən divar hadisə zamanı Dəniz Çələbi (9) və Eğmen Gürbüz (7) adlı iki uşağın üzərinə uçub.

Sağlamlıq qrupları Çələbinin həyatını itirdiyini bildirib.

Yaralı Eğmen Gürbüz Torbalı Dövlət Xəstəxanasına aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.