Xəbər verdiyimiz kimi, Misirin Qena əyalətində naməlum xəstəlik halları qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Misir Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, El-Əlikat kəndində 200-ə yaxın insan müəmmalı xəstəliyə yoluxub. 

Xəstəliyin simptomları dang qızdırmasına bənzəyir - yüksək hərarət, baş və bədən ağrıları və həddindən artıq yorğunluq. Bu, qansoran buğumayaqlıların vektorlarının dişləməsi ilə ötürülən kəskin zooantroponotik (insanlar və heyvanlar üçün ümumi) arbovirus yoluxucu xəstəlikdir. İntoksikasiya, qızdırma, artikulyar və hemorragik sindromların inkişafı ilə xarakterizə olunur. 

Xəstəlik Cənub-Şərqi Asiya, Hindistan, Afrika və Şimali, Mərkəzi və Cənubi Amerikanın tropik və subtropik zonasında geniş yayılıb.

Rusiya artıq Afrika ölkələrindən birində naməlum xəstəliyin yayılması ilə əlaqədar Misirdən gələn reyslərə sanitar və karantin nəzarətini gücləndirdiyini açıqlayıb.

***09:35

Misirin Qena əyalətinə aid El-Əlikat kəndinin sakinlərində naməlum virus aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat verib. 

Bildirilir ki, xəstələr yüksək hərarət, sümük ağrıları, qusma və başgicəllənmədən şikayət edirlər. Lakin heç bir halda xəstəxanaya yerləşdirmə tələb olunmayıb.

"Şikayətləri öyrənmək üçün profilaktik və tibbi yardım və epidemioloji nəzarət üzrə qruplar göndərilib, xəstələrdən analizlər götürülüb", - Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. 

Gülayə Mecid