Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın “Taxıl sazişi”ndən çıxması ilə bağlı bəyanatına münasibət bildirib.

“Unikal” Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bundan qorxmadıqlarını deyib.

"Bizim iki razılaşmamız var idi: Ukrayna, Türkiyə, BMT ilə; digər razılaşma Rusiya, Türkiyə, BMT ilədir. Ona görə də Rusiya sazişi dayandırdığını deyəndə BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Onlarla heç bir razılaşmamız olmayıb. Rusiya olmasa belə, hər şey edilməlidir ki, Qara dəniz dəhlizindən istifadə edə bilək. Biz qorxmuruq. Bizə gəmiləri olan şirkətlər müraciət etdilər ki, Ukrayna buraxsa, Türkiyə də hazırdır, onları buraxacaq və taxıl tədarükünü davam etdirəcək”, - deyə Zelenski bildirib.

Nuranə Abbasova