İstanbulda terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib. Əməliyyatda saxlanılan 9 şübhəlidən 5-i həbs edilib.

"Unikal" xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kəşfiyyat Şöbə Müdirliyi vahidləri ilə koordinasiyalı olaraq terror təşkilatı DEAŞ-ın fəaliyyətlərini deşifrə etmək üçün iş həyata keçirib.

Özfəaliyyət qrupları, əməliyyatla axtarışda olduğu təsbit edilən 9 şübhəlini tutub.

Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilərdən 5-i hakim tərəfindən həbs edilib.

Digər şübhəlilərdən 3-ü ev dustaqlığı, biri isə məhkəmənin nəzarəti altında sərbəst buraxılıb.