Cənubi Afrikanın Yohannesburq şəhərinin mərkəzində partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC News telekanalı şəhərin fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

"Yohannesburq Fövqəladə Hallar Xidməti partlayışı təsdiqləyib", - məlumatda deyilir.

Telekanalın məlumatına görə, partlayış nəticəsində şəhərin biznes məhəlləsində əsas magistralın bir hissəsi dağılıb. Yolun hərəkət hissəsinin zədələnməsi nəticəsində bir avtomobil aşıb, daha bir neçəsi yolda qalıb. Qeyd olunur ki, qəzaya səbəb qaz sızması ola bilər.

Səlahiyyətlilər vətəndaşları partlayış yerindən uzaq durmağa və başqa yollara getməyə çağırır.

Materialda qeyd olunur ki, hadisə yerinə xilasedicilər gəlib. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.