İnformasiya təhlükəsizliyi üzrə tədqiqatçı və dünyanın ən məşhur hakeri Kevin Mitnik vəfat edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Mitnik Las-Veqasda vəfat edib və ölüm səbəbi 2022-ci ildə aşkar edilmiş mədəaltı vəzi xərçəngi olub. Ömrünün son ilində o, Pittsburq Universitetinin Tibb Mərkəzində müalicə olunurdu.
Mitnik Las-Veqasdakı Kral Devid qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 59 yaşlı Kevin vaxtilə ABŞ-da ən çox axtarılan kompüter cinayətkarlarından biri olub. O, 90-cı illərdə törədilmiş bir sıra yüksək profilli kibercinayətlərlə tanınır. Kevin telekommunikasiya şirkətlərinin və universitetlərin məlumat bazalarını sındırıb, kredit kartı məlumatlarını oğurlayıb və fırıldaqçılıqla məşğul olub. Həmçinin, “Santa Cruz Operation”, “Motorola” və “Nokia” sistemlərinin kompüter proqramlarını oğurlayıb.

Mitnik ABŞ FTB-nin ən çox axtarılanlar siyahısına düşən ilk haker olub və bu ona böyük şöhrət qazandırıb.

Nuranə Abbasova