ABŞ Senatının üzvləri ölkənin növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) müdafiə büdcəsi layihəsinə təklif edilən düzəlişi qəbul etməyiblər. Bu düzəliş, Şimali Atlantika Alyansının Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsinə müraciət olunacağı təqdirdə Konqresi müharibə elan etməyə məcbur edir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ qanunverici orqanının yuxarı palatasının saytında məlumat verilib.

Senator Rend Polun (Kentukki ştatından respublikaçı) müəllifi olduğu düzəliş Senatın 60 səsini tələb edirdi. Lakin bunun lehinə cəmi 16 nəfər, əleyhinə 83 nəfər çıxış edib.

Həmçinin çərşənbə günü Senat hər hansı ABŞ Prezidentinə Konqresin təsdiqi olmadan Birləşmiş Ştatların Şimali Atlantika Alyansından çıxmasını birtərəfli qaydada elan etməsinə qadağa qoymaq üçün NATO ilə əlaqəli başqa təşəbbüsü təsdiqləyib.

Sənədə 65 senator səs verib, 28 nəfər onun əleyhinə çıxıb.

"Amerika təkbaşına güclüdür, lakin müttəfiqləri ilə daha da güclüdür. Konqres bu tarixi ittifaqı dəstəkləyir", - senator Marko Rubio ilə (Floridadan respublikaçı.) birgə düzəlişin həmmüəliflərindən olan senator Tim Keyn (Virciniya) səsvermənin nəticələrinə tviter hesabında reaksiya verib.