Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.