Çində orta məktəbdə idman zalının tavanı uçub. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, azı 11 nəfər ölüb.

Hadisə ölkənin şimal-şərqində yerləşən Qiqihar şəhərində baş verib. Uçma zamanı zalda 19 nəfərin olduğu bildirilir. 

Həyatını itirənlərin əksəriyyəti uşaqdır. 

İlkin yoxlamalara görə, zala bitişik binanın tikintisi zamanı zalın damına tikinti materialı tökülüb. Yağış səbəbindən isə həmin materiallar ağırlıq veərək damın uçmasına səbəb olub. Tikintisə məsul şəxslər saxlanılıb. 

Nuranə Abbasova