Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanla kapitalı 500 milyon dollar olan birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası sazişi təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb. 

Saziş 2023-cü il fevralın 24-də Daşkənddə iki ölkənin regionlararası forumu çərçivəsində imzalanıb.

Qeyd edək ki, sözügedən sazişi Azərbaycan prezidenti İlham Əliyev may ayında təsdiqləyib.

Fondun kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı 25% təşkil edəcək.

Ağarza Elçinoğlu