Siqaretdən uzaqlaşdıran yeni dərman kəşf edilib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə İngiltərə mütəxəssisləri məlumat yayıblar. 

Dərmanın siqareti buraxmağa kömək edən elektron siqaretlərin təhlükəsizliyi ilə bağlı narahatlıqların olduğu bir vaxtda ortaya çıxması diqqət çəkib.  Araşdırmalara görə, təxminən 6,6 milyon britaniyalı siqaret çəkir. Buna görə də 2019-cu ildə Hökumət Böyük Britaniyanı 2030-cu ilə qədər siqaretdən azad etmək planlarını açıqlayıb, lakin hələlik effektiv siqareti buraxma üsulu olmadığı üçün Böyük Britaniyanın hədəfə çata bilməyəcəyi bildirilir.

Dərman Şərqi Asiyaya aid çiçəkli bitki olan Qızıl Yağış ağaclarından hazırlanır və beynin nikotinə cavab verən reseptor hüceyrələrinə müdaxilə edərək siqaret çəkmə istəyini azaldır. O, həmçinin 1980-ci illərdən Şərqi Avropa ölkələrində siqareti tərgitməyə kömək kimi istifadə olunur.

Yeni araşdırmada dərman siqareti tərgitmək istəyən 810 siqaret çəkən üzərində sınaqdan keçirilib. Könüllülər gündə üç dəfə bir 3 mq tablet qəbul ediblər. Bir qrup həbi altı həftə, digəri isə 12 həftə qəbul edib. Altı həftəlik proqramda iştirak edənlərin dörddə biri siqareti tamamilə tərk edib.

"North West London Integrated Care Board"un tənəffüs əczaçısı Daruş Attah-Zadə bu dərmanın tütün asılılığının müalicəsi üçün mühüm müalicə variantı olduğunu söyləyib. 

 Gülayə Mecid