Terror və təxribat hərəkətlərinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi məqsədilə Kerç boğazından keçən gəmilərdə yoxlamalar aparılır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

Bildirilir ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov Don limanına gedən xarici quru yük gəmisinin ambarında dinitrotoluol və tetril partlayıcı maddələrin izləri, həmçinin quru yük gəmisinin konstruksiya hissələrinə üçüncü tərəfin müdaxiləsi əlamətləri aşkar edilib.