Türkiyə Statistika İnstitutu olan Turkstatın məlumatına görə, 2022-ci ildə 99 min rusiyalı Türkiyədə yaşamaq icazəsi alıb.

“Unikal” Türkiyə quruma istinadən xəbər verir ki, ruslar ölkədə yaşamaq icazəsi almış əcnəbilərin ümumi sayının 25%-ni təşkil edir ki, bu da onları verilən yaşayış icazələrinin sayına görə lider edir.

Bundan əvvəl sosioloqlar Tacikistanı MDB məkanında Rusiyadan köçənlər üçün “ən dost ölkə” adlandırırdılar.

Nuranə Abbasova