İsrail polisi müxalifətin kəskin etirazına səbəb olan məhkəmə islahatının birinci hissəsini parlamentin təsdiqləməsindən sonra ölkədə başlayan etirazlar zamanı ümumilikdə 40 nəfəri saxlayıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, hazırda kütləvi nümayişlərin davam etdiyi Təl-Əvivdə 15 nəfər tutulub. 

Ölkənin bəzi bölgələrində etirazçılar avtomobillərin hərəkətini dayandırmaq üçün magistral yollara çıxırlar. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən su şırnaqlarından istifadə edirlər.

Qeyd edək ki, islahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən İsrail Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Nuranə Abbasova