Regionumuzun sabitliyinin əsas amillərindən biri hesab edilən dünya nizamı əslində mövcud deyil. Yeni dünya nizamının necə görünəcəyini heç kim bilmir.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddi xarakter daşıyır, geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır.  

"Ukraynadakı hadisələrə görə regionumuzda geosiyasi təsirlər azalıb və Şərq-Qərb qətnamələri bizim üçün kifayət qədər işləmir. İndiki şəraitdə regional qeyri-qarşıdurma siyasətinin hazırlanması, inkişafı və həyata keçirilməsi, Ermənistanın regional gələcəyin memarlığında yeri və rolunun aydınlaşdırılması bizim üçün həyati əhəmiyyət kəsb edir. Ermənistanla həmsərhəd olan ölkələrin heç birinin digəri ilə qarşıdurma münasibətləri yoxdur və ən kəskin məsələlərin belə həlli əməkdaşlıq siyasəti hesab olunur ki, bu da maraqların tarazlaşdırılması nəticəsində daha səmərəli olur”, - o ifadə edib. 

Gülayə Mecid