Rusiya sülhməramlı qoşunlarının Qarabağa yerləşdirilməsinin bir məqsədi var ki, bu məqsəd Rusiya Federasiyası Federal Məclisinin müvafiq qərarında qeyd olunub. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, Rusiya Federasiyasının prezidenti özü Federal Məclisə müraciət edib ki, iğtişaşların qarşısını almaq üçün Qarabağa sülhməramlı qüvvələr göndərmək lazımdır: "Rusiya geri çəkilmək qərarına gəlsə, bu o deməkdir ki, Qarabağda artıq belə bir təhlükə yoxdur. Əgər orada belə bir təhlükə yoxdursa, bu o deməkdir ki, tərəflər qeyd edirlər ki, sülhməramlı qoşunların mövcudluğu artıq yoxdur".

Ağarza Elçinoğlu