“Vaqner” qrupu taktiki və atəş hazırlığı fəaliyyətləri çərçivəsində artıq Belarusun daxili qoşunlarının və daxili işlər orqanlarının xüsusi təyinatlılarının döyüşçülərinə öz təcrübəsini öyrətməyə başlayıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının müavini Sergey Qrebennikov bildirib

“Daxili işlər naziri, daxili qoşunların komandanlığı, xüsusi təyinatlıların komandirləri ilə “Vaqner” rəhbərliyi arasında görüş olub. Bu görüşdə biz birgə təlimlə bağlı bütün məsələləri müzakirə etdik. Biz artıq bu birgə təlimə başlamışıq, artıq həm taktiki, həm də taktiki-xüsusi atəş hazırlığı keçirilir. Biz müxtəlif sahələrdə - snayperlər, pilotsuz uçuş aparatları, elektron döyüş texnikası üzrə mütəxəssislərin hazırlanması üzərində işləyirik”, - deyə Qrebennikov qeyd edib. 

Nuranə Abbasova