ABŞ -da prezidentliyə namizəd Florida qubernatoru Ron DeSantis avtomobil qəzası keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd və Florida qubernatoru Ron DeSantisin sözçüsü Brayan Qriffin məlumat verib. Hadisə Tennessi ştatında baş verib.

"Qubernator bu səhər Chattanoogada bir tədbirə gedərkən avtomobil qəzası keçirdi. O və komandası xəsarət almayıb”, - Qriffin bildirib.