Almaniya və İsveç Amerika Birləşmiş Ştatlarından ümumi dəyəri 3,5 milyard dollar olan AMRAAM “hava-hava” raketləri alacaq.

"Unikal" xəbər verir ki, ABŞ Dövlət Departamenti Almaniya və İsveçə 1219 ədəd AIM-120C-8 AMRAAM “hava-hava” raketlərinin çatdırılmasını təsdiqləyib.

Ümumilikdə, Almaniya 969-a qədər təkmilləşdirilmiş AIM-120C-8 AMRAAM orta diapazonlu “hava-hava” raketlərinin, həmçinin 12 AMRAAM C8 istiqamətləndirici bölmənin və bir sıra əlavə proqram təminatı və dəstək avadanlığının alınması ilə bağlı müraciət edib. Nəzərdə tutulan sövdələşmənin ümumi dəyəri 2,9 milyard dollar qiymətləndirilir.