Yanvarın 1-dən elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

Hazırda isə 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib. 

Anar Kəlbiyev