Azərbaycana idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, südlü pastalar daha 2 il gömrük rüsumundan azad edilib.

"Unikal" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, bu il dekabrın 31-də bitəcək bu müddət 31 dekabr 2025-ci ilədək uzadılıb.