"Azərbaycan qondarma "erməni soyqırımı"na qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır"
"Azərbaycan qondarma "erməni soyqırımı"na qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır"

"Azərbaycanda Türkiyəyə ikinci vətən kimi baxırlar. Türkiyənin problemlərini öz problemimiz, sevincini də öz sevincimiz hesab edirik".
"Azərbaycan qondarma "erməni soyqırımı"na qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır".Bunu Türkiyənin "TRT Haber" kanalına açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Azərbaycanda Türkiyəyə ikinci vətən kimi baxırlar. Türkiyənin problemlərini öz problemimiz, sevincini də öz sevincimiz hesab edirik", - Həsənov qeyd edib.
O bildirib ki, əsl soyqırım Xocalıda ermənilər tərəfindən törədilib. PA rəsmisinin sözlərinə görə, Xocalıda bir gecənin içində 613 mülki vətəndaşın türk olduğuna görə qətlə yetirilməsi əsl soyqırımdır.
"Olmayan fakta görə hesab verilməz. Əslində isə 1915-ci il hadisələri ermənilərin daxildən türklərə qarşı etdiyi xəyanət və vəhşilik idi", - Həsənov deyib.
Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.