Sonuncu dəfə "Hudutsuz sevda" serialında rol alan aktyor Erdem Kaynarcanın yeni layihəsi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Adsız aşıklar" serialında rol alacaq. O, layihədə "Kərəm" obrazına həyat verəcək.

Qeyd edək ki, ekran işinin baş rollarını Halit Ergençlə Funda Eryiğit canlandıracaq.