Məşhur menecer və "Best Model Of Turkey"in yaradıcısı Erkan Özerman vəfat edib.
"Unikal" xəbər verir ki, o, 86 yaşında müalicə aldığı xəstəxanda dünyasını dəyişib. Özerman xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, E.Özerman illər əvvəl Azərbaycanda da gözəllik yarışması keçirmişdi.