Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bağırlı Rəsul Məlik oğlu özünü asaraq intihar edib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca