Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxta hökm oxunub.

"Unikal" report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rafiq Kərimduxt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə ilə ittiham irəli sürülüb.