Bank kartından oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.