"Rokki" və "Rembo" filmləri ilə məşhur olan Hollivud ulduzu Silvestr Stallone qızlarına hərbi təlim keçdirir.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təqaüdə çıxmış donanma əsgərləri tərəfindən keçirilən təlim hər səhər saat 06:00-da baş tutur. O, üç qızının özlərini qoruması üçün bu addımı atıb.  

77 yaşlı məşhur aktyorun "çox qoruyucu ata" olduğunu ifadə edən 27 yaşlı Sofiya və 25 yaşlı Sistine hərbi müdafiə təhsili də alıblar.  "New York Post” qəzetinə danışan Sistine “Meşədə 6 saat məşq etmək çətindir" deyib.  Model olan Sistine gənc yaşlarından ataları ilə birlikdə hərbi təlimlərə getdiklərini bildirib.

Silvestr Stallone də qızlarının məşqdə toyuq tutmağa çalışdığını açıqlayıb və "Bu, əyləncəli görünə bilər, amma siz sürətli və səbirli olmağı öyrənirsiniz", deyə ifadə edib.  

Gülayə Mecid