Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 m² olan geyim mağazasında 1 ədəd vitrin və geyim əşyaları 3 m² sahədə yanıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.