Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 41 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m və 1 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin tavanı və dəhlizin divarları qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.