Avstraliya hakimiyyət orqanları sanksiya tətbiq edilən Rusiya vətəndaşlarının və şirkətlərinin siyahısını dərc edib. 

"Unikal" xəbər verir ki, siyahıya rus estradasının məşhur nümayəndələri də daxildir: Filipp Kirkorov, Nikolay Baskov, Oleq Qazmanov və Nikolay Rastorquev.

Rusiya vilayətlərində uşaq hüquqlarının müdafiəçiləri, bir sıra qubernatorlar, Federasiya Şurasının üzvləri, ictimai xadimlər də siyahıya daxil edilib.

Siyahının bir hissəsi jurnalistlərə, media menecerlərinə və şou-biznes nümayəndələrinə həsr olunub. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov da sanksiyaya məruz qalıb.

Ağarza Elçinoğlu