"Ulduz Yolu: Kəşf" və "Kapitan Marvel"in aktyoru Kennet Mitçel vəfat edib.

"Unikal" xəbər verir ki, kanadalı aktyor uzun sürən xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kennet beş ildən çoxdur ALS (ALS xəstəliyi mərkəzi sinir sistemində motor hüceyrələrinin (neyronların) ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur) xəstəliyindən əziyyət çəkirdi. Onun iki övladı var.

Aktyorluq karyerası ərzində o, 60-a yaxın film və serialda rol alıb.