Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən pasiyent dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 5 mart 2024-cü il tarixdə saat 14 radələrində 1973-cü il təvəllüdlü Göyçay şəhər sakini Məmmədov Elşən Ağahəsən oğlu Göyçay RMX-nın PHŞ-nə “kəskin koronar sindrom” diaqnozu reanimasiya şöbəsinə yerləşdirilib.

Saat 16 radələrində reanimasion tədbirlərə baxmayaraq həmin şöbədə ölüb.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində xəsarət izləri aşkar edilməyib. İlkin araşdırma zamanı müəyyən olunub ki, Məmmədov Elşən Ağahəsən oğlu uzun müddət ürək xəstəliyindən əziyyət çəkməklə müalicə alıb, 2 dəfə infarkt keçirib.

Murad İbrahimli