ABŞ dövlət katibinin müavini Kurt Kempbell martın 8-də Türkiyə xarici işlər nazirinin müavini Burak Akçağar ilə görüşüb. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti sözçüsü Metyu Miller açıqlayıb. 

Görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın başçılıq etdiyi nümayəndə heyətinin səfərdə olduğu Vaşinqtonda baş tutub. Qeyd olunub ki, tərəflər Cənubi Qafqazda sülhü müzakirə ediblər.

Məlumata görə, Kempbell və Akçağar regional və qlobal prioritetlər üzrə ABŞ-Türkiyə strateji əməkdaşlığının daha da genişləndirilməsi, Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq və Asiyada və ondan kənarda birgə işləmək üçün digər imkanları nəzərdən keçiriblər. 

Ağarza Elçinoğlu