Mingəçevirdə yolu keçən iki xanım piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində, icra hakimiyyəti binasının yaxınlığında baş verib.

Belə ki, avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Mustafayeva Gülnarə Araz qızını və 2004-cü il təvəllüdlü Mustafazadə Hafizə Vahid qızını vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov